Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

İsrailin Türkiyə gəmilərinə hücumunu araşdıracaq BMT komissiyası yaradıldı


BMT-nin Baş katibi Ban-ki-Mun avqustun 2-də İsrailin Türkiyə gəmilərinə hücumunu araşdıracaq komissiyanın yaradıldığını elan edib. Yeni Zelandiyanın keçmiş baş naziri Geoffrey Palmerin rəhbərlik edəcəyi dörd nəfərlik komissiyaya Türkiyə və İsrailin nümayəndələri də daxildir.

Qərara görə komissiya avqustun 10-dan araşdırmalara başlayacaq və ilk hesabatını sentyabrın ortalarında BMT-yə təqdim edəcək.

Fələstinə humanitar yük aparan gəmi karvanındakı Türkiyə gəmisinə İsrail əsgərləri bu il mayın 31-də hücum etmişdilər. Hücumda doqquz nəfər Türkiyə vətəndaşı qətlə yetirilmişdi. Bu hadisədə sonra İsraillə Türkiyə arasında münasibətlər korlanıb. Ankara tələb edir ki, İsrail hadisəni beynəlxalq komissiyanın araşdırmasına razılaşmasa, bu ölkə ilə bütün əlaqələrini kəsəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG