Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:12

Medvedev yeddi regionda fövqəladə vəziyyət elan etdi


Rusiyada meşə yanğınlarında həlak olanların sayı 40 nəfərə çatır, buna görə prezident Dmitri Medvedev avqustun 2-də ölkənin yeddi regionunda fövəqaldə vəziyyət elan edib. Fərman fəlakət zonasına giriş-çıxışa məhdudiyyətlər tətbiq edilməsini nəzərdə tutur. Həmçinin qeyd edilir ki, yanğınsöndürənlər lazım bilsələr ordunu da köməyə çağıra bilərlər.

Rəsmilər ölkə boyu son 24 saatda davam edən yanğında yüzlərlə evin də yarasız hala düşdüyünü deyiblər. Bu, Rusiyada son 130 ildə ən geniş yayılmış meşə yanğını hesab edilir. Amma yanğınsöndürənlər artıq alovun genişlənməsinin qarşısını aldıqlarını bildirirlər.

Baş nazir Vladimir Putin də meşə yanğınlarından ziyan çəkən regionların qubernatorlarını fövqəladə toplantıya çağırıb.
XS
SM
MD
LG