Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

BP Meksika Körfəzindəki qəzalı quyunu satır


Britaniyanın neft nəhəngi BP şirkəti avqustun 2-dən Meksika Körfəzindəki yataqlarını satmaq prosesinə başlaya bilər. ABŞ rəsmiləri bildirirlər ki, mühəndislər yatağa çamur və sement vurmağa hazırlaşırlar. Bununla da həmin qəzalı quyunun “statik öldürülməsi” prosesi başa çatmalıdır.

Aprelin 20-də həmin quyuda qəza baş vermiş, bununla da dənizə axan neftdən ABŞ özünün tarixdə ən geniş ətraf mühit çirklənməsinə məruz qalmışdı. O vaxtdan suya neft axıdan quyunu yalnız iki həftə əvvəl müvəqqəti olaraq bağlamaq mümkün olmuşdu.
XS
SM
MD
LG