Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:24

Narışkinlə Mehdiyev ikitərəfli məsələləri müzakirə ediblər


Bakıda səfərdə olan Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin azərbaycanlı həmkarı Ramiz Mehdiyevlə keçirilən görüşündə siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

“Beynəlxalq arenada iki ölkənin mövqeyi çox oxşardır, əsas məsələlərin əksəriyyətində isə tam üst-üstə düşür”, - deyə Narışkin bildirib.

İqtisadi əməkdaşlığa toxunan Narışkin bildirib ki, qlobal böhrana baxmayaraq, əmtəə dövriyyəsində itkilər azdır. O, iki ölkə arasında qaz və elektrik enerjisi sahəsində əməkdaşlıq üzrə yeni razılaşmalar olduğunu da bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG