Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:39

Borclu qəzetlərə xəbərdarlıq edildi


Avqustun 2-də «Azərbaycan» nəşriyyatı borclu qəzetlərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, borclar tezliklə ödənilsin, yoxsa qəzetlərin çapı dayandırılacaq.

Nəşriyyat direktorunun müavini Bəsti İsmayılova borclu qəzetlərə xəbərdarlıq olunduğunu təsdiqləyib:

«Eləsi var kommunal xərclərə görə, eləsi var çap xərcinə görə borcu var. Biz xəbərdarlıq etməliyik də, borclarını ödəsinlər».

Direktor müavini 15-ə yaxın qəzetin nəşriyyata xeyli borcu olduğunu desə də, ümumi borc məbləği barədə açıqlama verməyib.

Bəsti İsmayılovanın sözlərinə görə, borcların ödənilməsilə bağlı qəzetlərə xəbərdarlıq olunsa da, konkret vaxt qoyulmayıb.

Prezidentin sərəncamı ilə bu il 32 qəzetin hər birinə birdəfəlik 20 min manat yardım edilib.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin sözlərinə görə, hazırda onların nəşriyyata 16 min manat borcları var. Prezident sərəncamı ilə ayrılan 20 min manat birdəfəlik yardımı isə hələ almayıblar. Baş redaktor deyir ki, əslində nəşriyyata olan borcların indi istənilməsi ayrılan yardımın əllərindən alınması deməkdir.

«Əgər belə idisə, elə bizə ayrılan pulu birbaşa nəşriyyatın hesabına köçürəydilər, biz də işimizi biləydik. Biz onsuz da hər dəfə çapa görə ödənilən məbləğdən 40-500 manat artıq pul ödəyirik ki, borcumuz azalsın. Bizə ayrılan pulun 50 faizi işçilərə əməkhaqqı kimi ödəniləcək. Bir tərəfdən də hələ heç o ayrılan yardım hesabımıza köçürülməyib».

«Bakı xəbər» qəzeti isə prezidentin ehtiyat fondundan ayrılan 20 min manat yardım hesabına 17 min manatlıq borcun yarısını ödəməyə hazırdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG