Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:18

Beyləqanda Cümə məscidi qarşısında aksiya keçirilib


Avqustun 2-də Beyləqan rayonunda bir qrup dindar rayon mərkəzindəki Cümə məscidi qarşısında etiraz aksiyası keçirib.

Dindarlardan Anar Nəcəfovun AzadlıqRadiosuna verdiyi məlumata görə, aksiya keçirmələrinə səbəb rayon dindarların yeganə ibadət yeri olan Cümə məscidinə məxsus ərazidə tikinti işlərinin aparılmasıdır.

«Tələbimiz odur ki, məscidin torpağına toxunmasınlar, məscidin torpağını zəbt eləməsinlər».

Anar Nəcəfovun dediyinə görə, dindarların etirazlarına baxmayaraq, neçə ilərdir ki, məscidsin həyətini hissə-hissə zəbt edib müxtəlif obyektlər tikirlər.

Sonuncu dəfə avqustun 1-də yenidən məscidə məxsus ərazidə tikinti işlərinə başlanılıb.

Dindarlar iddia edirlər ki, bu dəfə aparılan işlərə rayon polis idarəsinin rəis müavini Oktay Qurbanov rəhbərlik edir.

Beyləqən rayon Polis İdarəsindən isə deyilənləri təkzib edirlər.

1992-ci ildə məscidin 1 hektar yarım ərazisi olduğunu bildirən dindarların sözlərinə görə, indi həmin ərazinin yarıya qədəri zəbt edilib.

Yaranmış vəziyyətlə bağlı dindarlar Beyləqan rayon icra hakimiyyətinin başçısı ilə görüşməyi planlaşdırırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG