Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:09

Beyləqanda bir qrup dindar etiraz aksiyası keçirib


Avqustun 2-də Beyləqan rayonunda bir qrup dindar rayon mərkəzindəki Cümə məscidi qarşısında etiraz aksiyası keçirib.

Dindarlardan Anar Nəcəfovun AzadlıqRadiosuna verdiyi məlumata görə, aksiya keçirmələrinə səbəb rayon dindarların yeganə ibadət yeri olan Cümə məscidinə məxsus ərazidə tikinti işlərinin aparılmasıdır: “Tələbimiz odur ki, məscidin torpağına toxunmasınlar, məscidin torpağını zəbt eləməsinlər”.

Dindarların dediyinə görə, onların etirazlarına baxmayaraq neçə ilərdir məscidsin həyətini hissə-hissə zəbt edib müxtəlif obyektlər tikirlər.

Sonuncu dəfə avqustun 1-də yenidən məscidə məxsus ərazidə tikinti işlərinə başlanılıb. Dindarlar iddia edirlər ki, bu dəfə aparılan işlərə rayon polis idarəsinin rəis müavini Oktay Qurbanov rəhbərlik edir.

Amma Beyləqən rayon Polis İdarəsindən deyilənləri təkzib edirlər.

1992-ci ildə məscidin 1 hektar yarım ərazisi olduğunu bildirən dindarların sözlərinə görə, indi həmin ərazinin yarıya qədəri zəbt edilib. Yaranmış vəziyyətlə bağlı dindarlar Beyləqan rayon icra hakimiyyətinin başçısı ilə görüşməyi planlaşdırırlar.

XS
SM
MD
LG