Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Türkiyə Ordusunun rəhbərliyində dəyişiklik gözlənilir


Ankara. 25.02.2010. İlker Başbuğ Türkiyə prezidenti və Baş naziri ilə görüşür

Ankara. 25.02.2010. İlker Başbuğ Türkiyə prezidenti və Baş naziri ilə görüşür

Avqustun 1-də Türkiyə Ali Hərbi Şurasının iclası işə başlayıb.


Baş nazir R.T.Ərdoğanın sədrlik etdiyi iclasda Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində dəyişiklik edilməsi nəzərdə tutulur.

Hazırda Baş Qərargah rəisi olan ordu generalı İlker Başbuğ yaşına görə təqaüdə çıxmalıdır. Türk ordusunda formalaşan ənənəyə uyğun olaraq belə hallarda Baş qərargaha Quru qüvvələrinin komandanı təyin olunur. Türkiyə mediası yazır ki, bu dəfə də hazırda Quru qoşunlarına komandanlıq edən ordu generalı Işık Koşanerin Baş qərargah rəisi olacağı gözlənilir.

Ali Hərbi Şuranın toplantısına olan maraq ilk növbədə Türk ordusu ilə dövlət rəhbərliyi arasında yaşanan gərginliklə bağlıdır. Məlum olduğu kimi, bir qrup yüksək rütbəli zabit Türkiyədə dövlət çevrilişi etməkdə günahlandırılaraq istintaqa cəlb olunub. Ordu komandanlığı bu iddiaları rədd edir, öz növbəsində dövlət rəhbərlərinin bu qalmaqalda tutduğu mövqedən narazılıq bildirir.

Hərbi şura ərəfəsində, iyulun 23-də ordunun 26 general və admiralının məhkəmə tərəfindən həbsinə qərar verilməsi mövcud gərdinliyi daha da artırıb.

Türk mediasının xəbərinə əsasən, bu gərdinliyin aradan götürülməsi məqsədilə general İlker Başbuğ bir həftə ərzində 2 dəfə baş nazir Ərdoğanla, bir dəfə isə prezident Gül ilə görüşüb.

Xəbər verilir ki, Türk Silahlı Qüvvələri nizamnaməsinə görə, haqqında istintaq aparılan və ya həbsdə olan ordu mənsublarının rütbəsi və vəzifəsi yüksəldilə bilməz. Odur ki, Türkiyədə yeni hərbi ierarxiyanın formalaşmasında istintaqa cəlb olunan general və admiralların iştirakı məsələsi açıq olaraq qalır.

Ali Hərbi Şuranın iclası avqustun 4-də başa çatacaq. Şuranın qərarları prezident tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG