Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Şabranda meşə yanır


Şabranın dağ kəndi Zeyvənin üst hissəsində yerləşən hündür dağ massivindəki meşədə yenidən yanğınlar qeydə alınıb. Məlumatı ANS PRESS yayıb. Məlumatda deyilir ki, ötən gün səhər saatlarından başlayan yanğınların qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub.

Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisənin direktoru Bəybala Allahyarov yanğının söndürülməsinin çox çətin olduğunu deyib. Bakıdan yanğınsöndürən maşınlar çıxa bilmədiyinə görə əraziyə 2 helikopter cəlb olunub. Bununla yanaşı əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət yanğından mühafizə hissəsinin 3, Qubanın 12 yanğınsöndürən maşını, 50 nəfərə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, həmçinin yanğının neft buruqlarına yaxınlaşmasının qarşısını almaq üçün 7-8 kəndin əhalisi cəlb edilib.

Yanğın getdikcə intensivləşirdiyindən alovun Quba meşələrinə keçəcəyi ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG