Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39
“Bundan sonra öz varlığımı ədəbiyyatla davam etdirəcəyəm. Milli Məclisə isə yuxarı dırmaşmaq üçün getməmişdim. Əslində mən dırmaşmaq üçün özümdən yuxarı yer görmürəm”.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın xalq yazıçısı, Milli Məclisin deputatı Əkrəm Əylisli bildirib. Bu ilin payızında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyi haqda fikrindən daşınmayan xalq yazıçısı deputatlıq müddətinin sakit şəkildə başa çatmasını gözlədiyini deyib.

Hazırda doğma kəndi Əylisdə olan yazıçı Aleksandr Soljenitsının həyatından bəhs edən əsəri mütaliə etdiyini söyləyib. Ə. Əylisli yaxın vaxtlarda Soljenitsının haqqında bir kitab da yazacağını vurğulayıb:

“Onun həyatını oxuduqca adam yaxşı mənada heyrətlənir. Bəzən tez-tez belə suallar verirlər ki, niyə bizdə Soljenitsın yoxdur və ya sən niyə Soljenitsın olmadın. Mən bu suala da yazdığım əsərdə aydınlıq gətirəcəyəm”.

Ə. Əylisli bir müddət əvvəl tamamladığı “Möhtəşəm tıxac” romanını ilin sonuna kimi nəşr etdirmək niyyətində olduğunu da bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG