Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:10

«Azadlıq» qəzetinin saytı açılmır


Sayt rəsmiləri haker hücumu olduğunu iddia edir.

Azadlıq.az və Azadlıq.info saytlarının veb-redaktoru Alı Rzayev AzadlıqRadiosuna bildirib ki, iyulun 30-dan 31-nə keçən gecədən saytlar açılmır:

«Bu tip hücumlar tez-tez olurdu. Server xəbərdarlıq edirdi ki, sayt çox yüklənib, amma bir saat ərzində sayt bərpa olunurdu. Bu dəfə də qeydiyyatda olduğumuz serverə sayta guya çoxlu adamın girməsi ilə bağlı komandalar gedib. Ona görə də server bizim girişi qapadıb».

«Azadlıq» qəzeti Azərbaycan Xalq Cəbhəsi Partiyasına yaxınlığı ilə seçilir.

Mayın 31-də AXCP Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyi planlaşdırır.
XS
SM
MD
LG