Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:42

BMT İsraili Qəzzədən blokadanı götürməyə çağırıb


BMT-nin insan haqları üzrə İdarəsi İsraili Qəzzədən blokadanı götürməyə çağırıb.

İsrail bundan əvvəl siyasi və vətəndaş azadlığı sahəsində üzərinə götürdüyü beynəlxalq öhtəliklərlə bağlı BMT-yə növbəti hesabat göndərmişdi.

BMT hesab edir ki, İsrail mayın 31-də Qəzzəyə hümanitar yardım aparan gəmi karvanını saxlayarkən, hərbçilərin hərəkətini araşdırmaq üçün regiona beynəlxalq ekspertlər qrupu dəvət etməlidir.

Həmin vaxt baş vermiş insidet 9 fələstinpərəst fəalın ölümüylə nəticələndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG