Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:03

Ermənistandakı Rusiya bazasıyla bağlı müqaviləyə dəyişiklik ediləcək


Moskva ilə Yerevan Ermənistandakı Rusiya bazasıyla bağlı müqaviləyə dəyişiklik edilməsi barədə protokol imzalayacaqlar.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

Dəyişiklikdə bu bazanın Rusiyanın maraqlarını qorumasıyla yanaşı, Ermənistanın silahlı qüvvələri ilə birlikdə, bu ölkənin təhlükəsizliyini də təmin etməsi nəzərdə tutulur və bu məqsədə çatmaq üçün Rusiya Ermənistan ordusunu müasir silahlar və hərbi texnika ilə təmin edəcək.

Protokolun layihəsində bu müqavilənin 49 il qüvvədə olması nəzərdə tutulur.

Və əgər tərəflərdən heç biri bu müddətin bitməsinə azı 6 ay qalmış digər tərəfə onun dayandırılması barədə məlumat verməsə müqavilə avtomatik 5 il uzadılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG