Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

İki müxtəlif insidentdə Ermənistan ordusunun 6 hərbçisi həlak olub


Bu həftə döyüş əməliyyatı ilə bağlı olmayan iki müxtəlif insidentdə Ermənistan ordusunun 6 hərbçisi həlak olub.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, insidentlərdən biri iyulun 28-də hərbi hissələrdən birində baş verib. Hadisə zamanı odlu silahdan istifadə olunub.

Nazirliyin məlumatında həlak olanların dəqiq sayı və hadisənin təfərrüatları haqqında məlumat verilməyib. Təkcə o bildirilib ki, Hərbi Prokurorluğa hadisəni ciddi şəkildə hərtərəfli araşdırmaq tapşırılıb.

Ermənistan hökumətinə yaxın mənbə bildirib ki, insident Dağlıq Qarabağdakı hərbi hissədə baş verib. Mənbənin məlumatına görə, bir əsgər 4 zabiti güllələyəndən sonra intihar edib.

İyulun 26-da isə Ermənistanın Azərbaycanla sərhəddindəki postun yaxınlığında bir zabitini ölüsü tapılıb. Bu hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin ilkin məlumatında deyilir ki, leytenant Artak Nazaryan naməlim səbəbdən özünü öldürüb. Lakin Nazaryanın qohumları nazirliyini bu versiyasına etiraz ediblər. Bildirirlər ki, nazirlik əsas səbəbi gizlətməyə çalışır.

NAZARYANIN BAŞINDA, SİFƏTİNDƏ, ƏLLƏRİNDƏ VƏ AYAQLARINDA ÇOXLU XƏSARƏTLƏR AŞKAR EDİBLƏR


Nazaryanın qohumu Narek Qaribyan Yerevan morqunda məhkəmə-tibb ekspertizasının tibbi müayinəsində iştirak edib. O radioya bildirib ki, məhkəmə tibb ekspertləri Nazaryanın başında, sifətində, əllərində və ayaqlarında çoxlu xəsarətlər aşkar ediblər. Ekspertlər bu qənaətə gəliblər ki, xəsarətlər Nazaryana ölümündən bir neçə saat əvvəl yetirilib.

Hərbi Prokurorluq bu hadisə ilə bağlı Nazaryanın xidmət göstərdiyi hərbi hissədə bir neçə zabitin ifadəsini alıb. Lakin həbs olunan və məsuliyyətə cəlb olunan olmayıb.

1992-ci ildən - Ermənistan Silahlı Qüvvələri yaranan vaxtdan hər il orduda döyüş əməliyyatları ilə bağlı olmayan onlarla belə insident baş verir. Belə insidentlərlə bağlı çox nadir hallarda yüksək və orta rütbəli zabitlər məhkum olunur. Məhkum olunanlar da adətən çox qısa müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ermənistanın Müdafiə Nazirliyi israrla bildirir ki, onlar ordudakı bu problemlə ciddi məşğul olurlar. Nazirliyin məlumatına görə, belə hadisələrin sayı ildən-ilə azalır.

Müdafiə Nazirliyinin məlumatına görə, ötən il pis rəftar və təhqirlərə görə azı 7 erməni əsgəri ölüb, 11-i isə intihar edib.
XS
SM
MD
LG