Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:30

Kürün üstündəki körpü uçub


Hacıqabul-Bəhrəmtəpə, Mincivan avtomobil yolunun 8-ci kilometrində Kür çayı üzərində yerləşən körpünün bir hissəsi uçub.

34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov AzadlıqRadiosuna deyib ki, bu istiqamətdə hərəkət edən avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb: “Körpünün 18-20 kvadrat metr sahəsində dəmir-beton tavalarının bir hissəsi sıradan çıxıb. Hadisə barədə məlumat bu gün səhər idarəyə daxil olub. Hazırda təmir işləri aparılır. Ancaq körpünün texniki vəziyyəti qeyri-kafidir, öz istismar müddətini başa vurub”.

Nəqliyyat Nazirliyi tərəfindən yolun yeni layihəsi hazırlanır. Layihəyə əsasən yeni körpünün inşası nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG