Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:19

Kosovo daha çox dövlətdən müstəqilliyini tanımağı gözləyir


Haaqa Məhkəməsinin qərarından sonra daha çox dövlət Kosovonın müstəqilliyini tanıyacaq. Bunu Kosovonun xarici işlər naziri Skender Hyseni deyib. Nazir bildirib ki, bununla bağlı bir çox xarici ölkə nümayəndələri ona söz verib.

Kosovonun müstəqilliyinin elan etməsinin beynəlxalq hüquq pozuntusu olmaması ilə bağlı Haaqa Məhkəməsinin çıxardığı qərardan əvvəl ölkənin müstəqilliyini 69 dövlət tanıyıb.

Serbiya bildirir ki, heç vaxt Kosovonun müstəqilliyini tanımayacaq. Bu müstəqilliyi başqa dövlətlərin də tanımaması üçün diplomatik səylərini gücləndirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG