Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:15

Məxfi materialların açıqlanması ABŞ üçün təhlükədir


Əfqanıstandakı müharibə ilə bağlı minlərlə məxfi materialın açıqlanması Amerika hərbçiləri və onların müharibədəki müttəfiqləri üçün potensial təhlükəli nəticələr doğuracaq. Bunu ABŞ-ın müdafiə naziri Robert Qeyts deyib.

Pentaqonda keçirdiyi mətbuat konfransında müdafiə naziri onu da bildirib ki, bu məlumatları yaymış Wikileaks saytı əslində Amerikanın düşmənlərinə ABŞ hərbçilərinin taktikası və texnikası haqqında kifayət qədər məlumat verib.

Robert Qeyts deyib ki, Pentaqon bu məsələni ciddi şəkildə araşdırmaq və günahkarları cəzalandırmaq niyyətindədir. O kömək üçün Federal Təhlükəsizlik Bürosuna müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG