Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:04

YUNESKO-nun baş direktoru İçəri Şəhərə baş çəkib


Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokova iyulun 29-da Bakının görməli yerləri ilə tanış olub.

AzərTac-ın məlumatına görə, gəzinti zamanı qonağa YUNESKO-nun “Dünya irsi siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılan son təmir və abadlıq işləri barədə ətraflı məlumat verilib.

Gəzinti Оrtа əsr Şərq mеmаrlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıqdan başlayıb.

Qonağa, qala divarları, onun inşasının tarixi, Buxara və Multanı karvansaraları və Bakının rəmzi olan qədim Qız qalası barədə ətraflı məlumat verilib.
XS
SM
MD
LG