Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:26

C-300 kompleksi nədir?


С-300 PMU-2 «Favorit»
С-300 PMU-2 «Favorit»
Rusiyanın «Vedomosti» qəzeti yazır ki, Azərbaycan Rusiyadan 300 milyon dollara iki divizion C-300 PMU-2 «Favorit» zenit-raket kompleksi almağa başlayıb.

Polkovnik-leytenant Üzeyir Cəfərov bu kompleks haqda bunları deyir:

«C-300 zenit-raket kompleksi hücum silahı deyil. O, vacib inzibati və hərbi obyektlərin qorunması üçündür.

Azərbaycanı istəməyənlər bu kompleksin alınmasını guya Azərbaycanın müharibəyə hazırlaşması kimi yozurlar, ancaq bu, müdafiə silahıdır.

Rusiya bu kompleksi Ermənistana çoxdan verib. Ermənistanın arsenalında bu silah var.

C-300 kompleksini yeni silah kimi qələmə vermək də düzgün deyil. C-300 kompleksi hələ 1979-cu ildən istehsal olunur».

С-300 PMU-2 «Favorit» C-300-ün təkmilləşdirilmiş variantıdır. O, 1997-ci ildə təqdim olunub. Kompleks 195 km məsafədə 300-dək hədəfi nəzarətdə saxlayır. Eyni vaxtda 36 hədəfi vura bilir.

Rusiyanın özü 2004-cü ildən C-400 sisteminə keçib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG