Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

"Rosoboroneksport" Azərbaycana raket satışıyla bağlı məlumatı şərh etməkdən boyun qaçırıb


.Rusiyanın “ Vedemosti” qəzeti Azərbaycanın Rusiyadan 300 milyon dollarlıq S-300 raket sistemləri almasıyla bağlı məlumat yayıb.

Qəzet Rusiyanın adı çəkilməyən hərbi rəsmisinə istinadla yazır ki, Azərbaycan bu qurğuları çox güman ki, istənilən vaxt qonşu İranda vəziyyətin pisləşməsinə hazır olmaq, özünü müdafə məqsədilə alır və bu Ermənistanla Azərbaycan arasındakı balansı çətin ki, dəyişsin.

Qəzetin yazdığına görə tərəflər arasında belə bir müqavilə ötən il imzalanıb.

Rusiyanın müdafiə sənayesindəki müəssisələrdən birinin menenceri “Vedomosti” qəzetinə müqavilənin artıq icrasına başlanıldığını və yaxın iki ildə ola bilsin ki, başa çatdırılacağını deyib.

Amma “Rosoboroneksport”un nümayəndəsi məsələni şərh etmıkdən imtina edib.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov isə onlarda belə bir məlumat olmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG