Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

Azərbaycan Rusiyadan zenit-raket kompleksi alıb?


C-300 PMU-2 «Favorit» zenit-raket kompleksi

C-300 PMU-2 «Favorit» zenit-raket kompleksi

Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın «Rosoboroneksport» şirkəti ilə 2 ədəd C-300 PMU-2 «Favorit» zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalayıb.

Bu haqda «Vedomosti» qəzeti yazıb. Bu barədə qəzetə müdafiə sənayesi müəssisələrindən birinin top-meneceri və zenit-raket kompleksinin hissələrinin istehsal olunduğu zavodlardan birinin meneceri məlumat verib. Menecer artıq müqavilənin yerinə yetirilməsinə başlandığını və yaxın 2 ildə reallaşa biləcəyini deyib.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidməti rəhbərinin müavini Teymur Abdullayev isə AzadlıqRadiosuna deyib ki, bu xəbərlə bağlı yalnız bunu deyə bilər:

«Azərbaycan öz ordusunu gücləndirir və gücləndirməkdə davam edir».

«Vedomosti»nin xəbərində müqavilənin məbləğinin 300 milyon dollar təşkil etdiyi bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG