Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:55
Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Volfgang Şık (Wolfgang Schick) və direktoru Marcel Hagman (Marcel Hagman) Bakıda səfərdədilər.
Səfərin məqsədi Azərbaycanın Avropa Gənclər Kartı Assosiasiyasına üzv olması ilə bağlı işlərin aparılmasıdır.

Gənclər və İdman nazirliyindən verilən məlumata görə, assosiasiya nümayəndələri nazir Azad Rəhimov ilə görüşüblər. Görüş zamanı gənclər kartının Azərbaycana gətirilməsi, onun bu ölkədə istifadə üsulları müzakirə edilib.

Gənclər kartı 30 yaşınadək olan gənclərə kitabxana və muzeylərdə, bir çox dükanlarda alış-veriş zamanı endirimlər üçündür.

HƏMÇİNİN BAX: Azərbaycanda tələbə "sər"güzəştləri
XS
SM
MD
LG