Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:51

Azərbaycanla Türkiyə arasında əmtəə dövriyəsi 5.5 milyarda çatdırıla bilər


Bu gün Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

Forumda Türkiyənin kənd təsərrüfatı, tikinti, turizm və yeyinti sənayesini əhatə edən 100-dən artıq sirkət təmsil olunub.

Türkiyənin dövlət naziri Zəfər Çaglayan bildirib ki, yaxın illərdə iki ölkə arasında əmtəə dövriyyəsi 2,5 milyard dollardan 5,5 milyarda çatdırıla bilər.

Çaglayan qeyd edib ki, ticarət əlaqələrinin potensialindan tam istifadə eləmək üçün idxal və ixracda bürokratiyanı aradan qaldırmaq , viza rejimini yüngülləsdirmək və Azərbaycan, Türkiyə və Gürcüstan arasında vahid gömrük səbəkəsi yaratmaq lazımdır.

Zəfər Çağlayan həmçinin qeyd edib ki, avqustda Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri gözlənilir.

Nazir səfər zamanı Azərbaycanın Türkiyə vətəndasları üçün viza rejimini ləgv edəcəyinə ümidlə yanaşdığını bildirib.
XS
SM
MD
LG