Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31

Həmsədrlər sentyabrda regiona səfər edə bilər


«Münaqişə tərəflərinin indiyə kimi etdiyi cəhdlər onların ziddiyyətlərini aradan qaldırmaq üçün kifayət etməyib».

ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı bəyanatda belə deyilir. Bəyanatda qeyd olunur ki, həmsədrlər iyulun 28-də Avstriyanın paytaxtı Vyanada qrupun üzvləri ilə görüşüblər.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanması üzrə danışıqlardakı son inkişaflar, o cümlədən iyunun 17-də Sankt Peterburqda keçirilən Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü, iyulun 17-də keçirilən Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü və Minsk qrupunun həmsədr ölkələrinin Muskoka və Almatıda etdiyi birgə bəyanatlar haqqında Minsk qrupunu məlumatlandırıblar.

Həmsədrlər qeyd edib ki, münaqişə tərəflərinin indiyə kimi etdiyi cəhdlər onların ziddiyyətlərini aradan qaldırmaq üçün kifayət etməyib və atəşkəs rejiminin möhkəmləndirilməsi və kompromis ruhunun nümayiş etdirilməsi üçün əlavə tədbirlər görülməlidir.

Bəyanatda bildirilir ki, tərəflərin səylərinə yardım etmək üçün, həmsədrlər sentyabr ayının əvvəllərində regiona səfər etmək niyyətindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG