Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

DİN-də kollegiya iclası keçirilir


Daxili İşlər Nazirliyində 2010-cu ilin altı ayının yekunlarına həsr olunmuş kollegiya iclası başlayıb.

İclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiyanın cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması və digər məsələlərə həsr olunduğunu deyib.

Nazir bildirib ki, bu ilin altı ayı ərzində cinayətkarlığa qarşı mübarizə uğurla davam edib, əvvəlki illərdə əldə olunan müvəffəqiyyət qorunub saxlanıb, ərizə və şikayətlərə operativ baxılması istiqamətində müsbət addımlar atılıb:

«Bu gün Azərbaycanda kriminogen duruma nəzarət olunur. Baş verən ağır cinayətlərin əksəriyyəti açılıb. Hesabat dövründə soyğunçuluq, quldurluq və digər cinayətlər azalıb, adam oğurluğu cinayəti isə ümumiyyətlə qeydə alınmayıb».

Kollegiyada məruzə ilə çıxış edən daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov bu ilin altı ayı ərzində 11375 cinayət hadisəsinin qeydə alındığını deyib. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG