Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50
Bu günlərdə dünya kitab bazarında yenilik baş verdi.

Orxan Pamuk, Salman Rüşdi də daxil olmaqla dünya ədəbiyyatının 20-ə yaxın tanınan nümayəndəsi öz kitablarını nəşriyyatların vasitəçiliyi olmadan İnternetdəki “Amazon” satış şəbəkəsində birbaşa oxuculara satmağa başladılar.

Brtaniyanın “Guradian” qəzeti yazır ki, dünyada elektron kitabların ən böyük satış şəbəkələrindən olan və mərkəzi ofisi Amerikada yerləşən “Amazon”a bu ideyanı “Çaqqal” ləqəbli biznesmen Endryu Uayli verib.

Həmin kitabları “Amazon”un istehsal etdiyi “Kindle” elektron kitab oxuma qurğusu vasitəsiylə mütaliə etmək mümkündür.

Yəni burada həm “Amazon” şirkəti öz malını satır.

HƏM DƏ OXUCU İRƏLİ DÜŞÜR

Çünki kağız kitablar 20-30 dollardırsa elektron kitabların standart qiyməti var - 9,9 dollar.

Vayli bu işdə müəlliflərin satış agenti kimi çıxış edir, beləliklə də yazıçılara elektron kitabların satışı üçün əlverişsiz şərtlər təklif edən nəşriyyatlara ehtiyac qalmır.

Vayli ümumilikdə 700 müəlliflə işləmək fikrindədir.

Onun fikrincə, insanların İnternetdən istifadəsi artdıqca elektron kitablara tələbat da artacaq. İnsanlar özləri üçün elektron kitabxanalar yaradacaqlar.

Nəşriyyatların bu yenilikdən narahat olduqları hiss olunur.

Hələ keçən ilin dekabrında dünyanın ingiliscə kitab çap edən ən böyük nəşriyyatı, Amerikada yerləşən “Random House” yeni ideyanı həyata keçirmək istəyənlərə məktub yazaraq xəbərdarlıq etmişdi ki, onların “Amazon” vasitəsilə satışa çıxarmaq istədikləri kitabların çoxunun e-versiyasının müəlliflik hüququ ona məxsusdur.

Bu məktub yazıçıların hiddətinə səbəb olmuşdu. Amerika Müəlliflər Gildiyası kitabların elektron variantının müəlliflik hüququnun nəşriyyatlarda olmadığını, nəşriyyatların yalnız kağız kitabların müəlliflik hüququna iddia edə bildiyini bildirmişdi.

Elektron kitab oxuma qurğusu
“Randon hause” deyəsən, Vaylinin təşəbbüsündən çox məyus olub.

Nəşriyyatın sözçüsü Stuart Appelbaum deyib ki, onlar artıq etiraz məktublarını “Amazon”a göndəriblər. “Biz bununla bağlı müvafiq addım atacağıq”.

Britaniyada da nəşriyyatlar müəlliflərin fərdi şəkildə öz əsərlərinin elektron versiyasını satmaq təşəbbüslərindən narazıdırlar.

DAVA PUL DAVASIDIR

Bütün bu mübahisələrin kökündə isə pul dayanır. Məsələn, Britaniyada nəşriyyatlar müəlliflərin kitablarının elektron versiyasını satdıqları üçün onlara gəlirin 25 faizini verirlər.

Müəlliflər isə düşünürlər ki, e-kitabların nəşriyyat və yayılma xərci az olduğu üçün onların qonorarı 50 faiz olmalıdır.

“Amazon” bundan əvvəl də bəzi müəlliflərlə nəşriyyatların vasitəçiliyi olmadan fərdi müqavilələr bağlayıb və onlara gəlirin 70 faizini boyun olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG