Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:21

Avropa Birliyi İranla danışıqları bərpa etməyə çağırıb


Avropa Birliyi İranın nüvə proqramıyla bağlı Tehranla danışıqları tezliklə bərpa eləməyə çağırıb.

Belə bir bəyanatla çərşənbə günü Avropa Birliyinin xaici siyasət məsələləri üzrə səlahiyətli nümayəndəsi Ketrin Eşton çıxış edib.

O, bildirib ki, bu məsələylə bağlı Avropa Birliyinin İrana qarşı tətbiq elədiyi yeni sanksiyalar danışıqların bərpasına mane olmur.

İranla BMT-nin təhlükəsizlik şurasının daimi üzvləri və Almaniya arasında əlaqə ötən ildən faktiki kəsilib.
XS
SM
MD
LG