Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

Azərbaycan xarici ölkələr etirazını bildirib


Azərbaycan ermənilərin Azıx mağarasında apardığı qazıntı işlərində iştirak edən xarici ölkələrə etirazını bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev ANS-ə müsahibəsində artıq İspaniya, Böyük Britaniya və İrlandiya hökumətlərinə etiraz məktubu göndərildiyini deyib.

Məktubda Azərbaycanın icazəsi olmadan onun ərazisində qazıntı işləri aparılmasının beynəlxalq konvensiyalara zidd olduğu bildirilir.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi həmçinin həmin ölkələrin Mədəniyyət və Turizm Nazirliklərinə işlərin dayandırılması və mütəxəssislərin geri çağırılması barədə rəsmi müraciət hazırlayır.

Bundan başqa, Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlar və xarici ölkələrə görülən qanunsuz işlər barədə məlumat vermək üçün məktub hazırlanır-deyə Arif Əliyev bildirib.
XS
SM
MD
LG