Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:05
«Haaqa Məhkəməsinin Kosovo qərarının nəticələri dərhal olmayacaq, ancaq Avropanın onsuz da laxlayan nizamını bir az da laxladacaq».

Bunu Fyodor Lukyanov AzadlıqRadiosu üçün şərhində yazır:

«Rusiya Qlobal Məsələlərdə» məcmuəsinin baş redaktoru hesab edir ki, Kosovo siyasi qələbə qazandı, ancaq heç nə dəyişmədi:

«Bura mübahisəli ərazi olaraq qalır. Kosovonu BMT-yə götürsələr belə, bura beynəlxalq aləmin himayəsində qalacaq. Vəziyyət yalnız o vaxt dəyişə bilər ki, Kosovonu Avropa Birliyinə götürsünlər.

Məhkəmənin qərarı ilə Kosovonun nə udması şübhəlidir, Avropa isə uduzdu. Avropada sərhədlərə tabu var. İkinci Dünya müharibəsindən sonrakı sərhədləri heç kim poza bilməz. Bu Helsinki Yekun Aktında da yazılıb».

AVROPANIN ÜZƏRİNİ QARA BULUDLAR ALIR

Fyodor Lukyanov yazır ki, Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsində Haaqa Məhkəməsinin qeyri-qanuni heç nə görməməsi Avropadakı separatçıların əl-qolunu açır:

«Separatizm təkcə keçmiş sosialist ölkələri ilə məhdudlaşmır. İspaniyanın daxili məhsulunun 25 faizini verən Kataloniya ayrılıb, müstəqil olmaq istəyir, Belçikanın daxili məhsulunun yarısını verən Flandriya ayrılmaq istəyir.

İndiki qlobal dünya yanaşı, birlikdə yaşamağı prinsip kimi irəli sürür. Hollandiya kimi liberal ölkədə isə xarici elementləri rədd edən Azadlıq Partiyası seçkiləri udur».

Fyodor Lukyanov yazır ki, Avropanın özündə separatizm güclü olduğu halda Haaqa Məhkəməsi niyə belə qərar verdi?

«Mötəbər Haaqa Məhkəməsinin hüquqi yox, siyasi yanaşmasından sonra Avropanın üzərini qara buludlar alır».

Şərhdəki fikirlər Fyodor Lukyanovun şəxsi mülahizələridir və AzadlıqRadiosunun mövqeyini əks etdirməyə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG