Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:06
«BP-nin Azərbaycanda nəinki paylarını satmaq fikri yoxdur, hətta Azərbaycandakı işlərini genişləndirmək niyyətindədir. Bu yönümdə də çox ciddi addımlar atılır».

BP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı AzadlıqRadiosunun «Dünyanın bir çox yerində öz hissələrini satan şirkət Azərbaycanda da eyni addımı ata bilərmi?» sualını cavablandırarkən belə deyib.

Tamam Bayatlı həmçinin şirkətin Azərbaycanda bir sıra proqram və layihələrini ixtisara salması haqda deyilənləri də təkzib edib:

«Biz Azərbaycanda heç nəyi ixtisara salmırıq. Əksinə biznesimizi genişləndiririk. Bununla bağlı bu yaxınlarda Azərbaycan hökuməti ilə yeni hasilatın pay bölgüsü sazişinin kommersiya şərtləri də razılaşdırılıb. Və BP prezidenti Toni Heyvard Azərbaycanda olarkən bu haqda sənəd də imzalayıb. Bu, «Şəfəq-Asiman» strukturlarının birlikdə işlənməsi və kəşfiyyatı haqqında hasilatın pay bölgüsü sazişinin kommersiya şərtləriydi. Bu il ərzində həmin sazişin imzalanması gözlənir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG