Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Axıskalılar öz evlərinə niyə qayıda bilmir?


Axıskalı türklər heç olmasa, onlara torpaq yeri versələr, vətənə qayıtmaq istədiklərini deyirlər

Axıskalı türklər heç olmasa, onlara torpaq yeri versələr, vətənə qayıtmaq istədiklərini deyirlər

Gəncədəki Türklər qəsəbəsində 100 çox axıskalı ailə məskunlaşıb. 1947-ci ilin 14 noyabrında Gürcüstandakı Axıska vilayətindən sürgün edilib Orta Asiyaya, 1990-cı ildə isə Azərbaycana gələn axıskalıların əksəriyyəti Türkiyəyə gedib.

Hazırda Azərbaycanda on minlərlə Axıska türkü yaşayır. Onlardan Gəncə sakini Xalis Ziya oğlu deyir ki, indi öz tarixi vətənlərinə qayıtmaq istəyən axıskalıların qarşısında xeyli maneələr var.

AXI BİZ EVİMİZİ QOYUB GƏLMİŞDİK…


Deyir ki, Gürcüstan hökumətinin Axıska türklərinin vətənlərinə qayıdışı haqda qanunu tam ədalətsizidir:

«Onun çıxartdığı qanun bizə uyğun gəlmir. Yazılır ki, gəlin özünüz ev də alın, yer də, yaşayın. Axı biz oradan gələndə evimizi də, varımızı da qoyub gəlmişik axı... Dəvət edirlər, amma elə dəvət edir ki, yəni gəlin bizə, amma qapı bağlıdır. Qayıtsaq, Gürcüstan vətəndaşlığı da veriləcək. İstəyirik ki, pis də yaşasaq, bir yerə yığılaq, hərəmiz qohumlar bir yerdəyik. Mənim əgər bu gün imkanım olsa, bu gün gedərəm. Burda bəzi problemlərimiz olur. Bir yoldaşımızda Gürcüstan familiyası yazılmışdı. Onu dəyişdirmirdilər. Bizə deyirlər ki, biz qanunla işləmirik. Tələblə işləyirik. Dəyişdirmirəm. Ümidim hər gün var getmək
Gəncə sakini Xalis Ziya oğlu
üçün».

TÜRKLƏR GÜRCÜ FAMİLYASI İSTƏMİRLƏR

Qəsəbədəki digər axıskalı türklər də, heç olmasa, onlara torpaq yeri versələr, vətənə qayıtmaq istədiklərini deyirlər:

«Gələndən sonra Azərbaycan hökuməti kömək elədi, bu evləri tikib verdi. Amma hamının öz vətəni. Mən gəncəliyəm, yoldaşım Axıska türküdür. Ora gedəndə gürcü vətəndaşı olmalısan. Axıska türkü olmamalısan, türklər də istəmirlər gürcü familiyasını götürsünlər. Dəvət eləyir, amma öz gücünlə getməlisən. Mənimcün torpaq ayırsa, gedərik».

«Biz öz vətənimizə qayıtmaq istəyirik. Azərbaycan hökumətinin köməkliyi ilə gedə bilərik, bəlkə».

Ahısxa türklərinin «Vətən» cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İbrahim Burhanov deyir ki, artıq ərizələr toplanıb və Gürcüstan hökuməti təsdiqləyib. Oktyabr ayında 2500 axıskalı öz vətəninə qayıdacaq:

GÜRCÜSTAN VƏTƏNDAŞI KİMİ İMTİYAZLARA SAHİB OLACAQLAR

«Ümumən Azərbaycandan 13 min Axıska türkü müraciət edib. Onlardan 5428-nin sənədi ingilis dilinə tərcümə edilib, notariusda təsdiqlənib Gürcüstan tərəfindən sənədlərin doğruluğu qəbul edilib. Oktyabr ayına onlara söz veriblər ki, 2500 status, yəni vətənə köçmə statusu, dekabr ayına kimi daha 2500 status veriləcək.
İbrahim Burhanov
Ondan sonra yenə də davam etdirəcəyik. Bizdə də hazırda 7 mindən çox müraciət ərizəsi var. Repartiant statusu vətəndaşlığa yaxın bir statusdur. Onlara Gürcüstan vətəndaşı kimi imtiyazlar verilir. Onlar köçdükdən sonra 1 il çəkmədən vətəndaşlıq da alacaqlar».

ATA-BABA YURDUNU PULLA SATIN ALACAQLAR

İbrahim Burhanov da deyir ki, bu qanunda çatışmayan tərəflər var və axıskalıların hüquqları tapdalanır. Odur ki, bu xalq Gürcüstan hökumətinin qanununa görə, gedib öz ata- baba yurdunda yaşayacaqları yeri pulla satın almalıdırlar:

«Qanunun elə əksik tərəfi odur ki, qanunda hüquqi tərəflər tənzimlənib, yəni necə köç etmək. Amma hara köç etmək- əmlak hüququ sahib olma ilə bağlı heç bir şey yoxdur. Yerləşmə məsələsində xarici təşkilatlara müraciət ediləcək».

Vətənə qayıdış qanunu Türklər qəsəbəsindəki əksər ailələri evlərinə qayıdacaqlarına ümidləndirib. Amma sözügedən qanunda geri qayıdanların harda məskunlaşması barədə də heç bir məlumat yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG