Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:00

Qırğızlar beynəlxalq aləmdən yardım istəyir


Qırğızıstanın ölkənin bərpası üçün 1.2 milard dollarlıq yardıma ehtiyacı var. Qırğızıstan hökuməti Bişkekdə keçirilən konfransda beynəlxalq donorlara yardım üçün müraciət edib.
İyun ayında ölkədə etnik özbəklərlə qırğızlar arasındakı toqquşmalarda 300-dən çox adam həlak olub, minlərlə adam yaralanmışdı. Cənub bölgəsində 100 minlərlə adam evlərindən didərgin düşmüşdü. Bu toqquşmalar Prezident Kurmanbek Bakiyevin hakimiyyətdən devrilməsindən 2 ay sonraya təsadüf edib.
XS
SM
MD
LG