Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:48

Britaniya Türkiyənin Avropa Birliyinə qoşulmasına qarşı çıxanları "hiddətlə" qarşılayır


Avropalıların onlarla hər zaman müttəfiq olan Türkiyənin üzvlüyünə qarşı çıxmasını Britaniya hiddətlə qarşılayır

Türkiyədə səfərdə olan Britaniyanın Baş naziri Devid Kameron bu gün Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşdə belə deyib və əlavə edib ki, Britaniya Türkiyənin Avropa Birliyinə üzvlüyünə çalışacaq.

Kameron çıxışında bildirib ki, Türkiyənin NATO üzvü kimi Avropanı qorumasını, Əfqanıstanda Avropalılarla birgə gördüyü işləri nəzərə alanda, Avropa Birliyi üzvlərinin Türkiyənin üzvlüyünə qarşı çıxmasını Britaniya hiddətlə qarşılayır.

Devid Kameron Ankaradan Britaniyanın digər iri ticarət partnyoru olan Hindistana səfər edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG