Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:57
Şair Murad Köhnəqalanın rəhbərliyi ilə nəşr edilən “Qədim oğuz” ədəbiyyat qəzetinin ikinci sayı iyulun 27-dən satışdadır.

Baş redaktor Murad Köhnəqala deyir ki, bu nömrədə maraqlı yazılardan gənc yazar Kəramət Böyükçöllə müsahibə, nisbətən yaşlı nəsildən Məmməd İlqarın pantomim təcnisləri yer alıb.

M.Köhnəqala 16 səhifəlik qəzetdə əsasən gənc yazarlara ütünlük verdiklərini bildirib.

“Amma bu, yaşlı yazarlara qarşı ayrı-seçkilik deyil. Sadəcə yaşlı yazarlardan material istəyəndə gecikdirirlər, operativ deyillər”.

“Çap etdiyiniz yazarların çoxu Azad Yazarlar Ocağının üzvüdürmü” sualının cavabında baş redaktor əksinə onların əksəriyyətinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu deyib.

“Onlar istedadlı uşaqlardı, sadəcə bəziləri tələbədi, bəziləri ailə başçısıdı, çoxu o birliyə prezident təqaüdü almaq istəyilə qoşulub. Məncə gec-tez onların çoxu oradan uzaqlaşacaq”.

Əvvəllər ictimai-siyasi qəzet olmuş, amma fəaliyyətini dayandırmış “Qədim oğuz” qəzeti fəaliyyətini iki həftə qabaq ədəbiyyat qəzeti kimi bərpa edib. Qəzet ayda 2 dəfə çıxır.

M.Köhnəqala qəzetin maliyyəsinin böyük olmadığını, hətta qəzetin İnternet saytını yaratmağa da imkanları çatmadığını deyib.

“Sponsor məndən xahiş etdi ki, qəzeti buraxım, elə çap xərcini çıxarsam bəsdir. Mən də dedim ki, qəzeti yalnız ədəbiyyat qəzeti kimi buraxa bilərəm”.

Sponsor maliyyənin müqabilində qəzetin hər sayında özünün məsləhət bildiyi 1-2 yazının da çapını istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG