Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:53

Daha bir dondurmanın satışına qadağa qoyulub


Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, dondurma idxalı ilə məşğul olan fiziki şəxs C. Cavadova məxsus müəssisədə monitorinq aparılan zamanı müəyyən olunub ki, Rusiyadan «Russkiy xolod» əmtəə nişanlı dondurmaların idxalı zamanı AZS Milli Sertifikatlaşdırma Sisteminin tələbləri pozulur.

Məhsullar sertifikatlaşdırılmadan satışa buraxılır.

Təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədləri olmayan «Russkiy xolod» əmtəə nişanlı dondurmalar : «Yubileynoe», «Plombir SSSR», «Stoliçnoye eskimo», «Plombir Nastoyaşiy», «Lakomka», «Enerqo», «Lakomka Tradisionnaya»dır.

Bir müddət əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin göstərişi ilə «SABA» firmasına məxsus 6,6 ton dondurma məhv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG