Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:47

Türkiyədə polis maşını atəşə tutulub


Türkiyənin Hatay şəhərində polis maşını atəşə tutulub. Üç polis həlak olub, biri yaralanıb. Atəş saxta nömrəli maşından açılıb. Atəş açanların kürd separatçıları olduqları güman olunur.


Hadisə ilə bağlı polis bir necə nəfəri şübhəli şəxs qismində saxlayıb.

Hücumdan sonra yerli sakinlər Dördyol polis idarəsinin qarşısına yığışıb, saxlananların onlara verilməsini tələb ediblər. Kütləni dağıtmaq uçun polis gözyaşardıcı qazdan istifadə edib.

XS
SM
MD
LG