Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:26

İsrail Livanı hədələdi


Əgər Hizbulla hər hansı İsrail şəhərinə raket zərbəsi endirsə, İsrail birbaşa Livanın təsisatlarını vuracaq. İsrailin müdafiə naziri Ehud Barak Vaşinqtonda dövlət katibi Hillari Klintonla görüşündən sonra bu cür xəbərdarlıqla çıxış edib.

Dövlət Departamentinin sözçüsü Filip Krouli Ehud Barakın bu sözlərini şərh edərkən deyib ki, İsrailin özünümüdafiə haqqı var.

Son vaxtlar Livandakı fəalların İsrailin blokadada saxladığı Qəzzaya yardım gəmisi göndərməyə hazırlaşdığı barədə xəbərlər Livanla İsrail arasındakı gərginliyi daha da artırıb.

XS
SM
MD
LG