Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:59

Avropa Birliyi İranın enerji sektorunu hədəfə götürüb


Avropa Birliyi və Kanada İranın əsasən enerji sektorunu hədəf alan yeni, daha sərt sanksiyalar qəbul edib. Bu sanksiyalara İran bankları ilə hər hansı əməliyyatın, neft və qaz sahələrinə investisiya qoyuluşunun qarşısının alınması tədbirləri daxildir.

Avropa Birliyindən bildiriblər ki, yeni sanksiyaları tətbiq etməkdə məqsəd Tehranı danışıqlar masasına qaytarmaqdır.

Tehran hər hansı ilkin şərt qoymadan, nüvə dəyiş-düyüşü əməliyyatı üzrə danışıqlara qayıtmağa hazırdır. Bunu isə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əşğar Soltani sanksiyalardan dərhal sonra bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG