Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34

Serbiya parlamenti Kosovo barədə qətnaməni rədd etdi


Serbiya parlamenti iyulun 26-da qəbul etdiyi qətnamədə separatçı Kosovonun yeni statusu ilə bağlı danışıqların bərpasına çağırıb.

Ötən həftə BMT-nin Haaqa Məhkəməsi qərar qəbul etmişdi ki, Kosovonun öz müstəqilliyini elan etməsi beynəlxalq konvensiyaları pozmur.

Parlament bu qərarı rədd edib.

Yeni danışıqlara çağırış Serbiyanın Avropa Birliyinə qoşulma planlarına zərbə vura bilər.

Amerika və Avropa Birliyinin əksər ölkələri Kosovonun müstəqilliyini tanıyıb. Birlik üzvlük üçün Serbiyadan Kosovo məsələsində güzəştə getməyi tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG