Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:28

Heyvard BP-dən gedir


Toni Heyvard
Toni Heyvard
BP-nin icraçı direktoru Toni Heyvardın 24 saat ərzində istefa verəcəyi gözlənilir. Hazırda onun vəzifəsinin tərk etməsinin şərtləri şirkət rəhbərliyində müzakirə olunur. Toni Heyvard Meksika körfəzində neft axıntısına görə o, ciddi təzyiqlərə məruz qalmışdı. BP-nin tənqidlərə cavab olaraq yaydığı rəsmi bəyanatında bildirilirdi ki, şirkətin idarə heyəti və yüksək vəzifəli şəxsləri onu dəstəkləyirlər.

BP-nin biznes redaktoru Robert Peston deyir ki, böyük ehtimalla Heyvardı onun amerikalı həmkarı Bob Dadli əvəz edəcək. O, hazırda neftdən çirklənmiş ərazinin təmizlənmə əməliyyatlarına cavabdehdir.

BP 30 MİLYARD DOLLAR XƏRCƏ DÜŞÜB

BP prezidentin istefasına hazırlaşdığı bir vaxtda digər tərəfdən fəlakətin xərclərini dəqiqləşdirir. Şirkətin təmizləmə işlərinə, bütün təzminat iddialarına və cərimələrə 30 milyard dollar ayıracağı gözlənilir. Bu da böyük şirkət üçün bir rübdə böyük itki deməkdir. Sabah BP-nin ikinci rüb üzrə maliyyə nəticələri elan olunmalıdır.

Artıq şirkət indiyə qədər özünün bazar dəyərinin 40 faizini itirib. Qəzanın aradan qaldırılmasına nəzarət edən ABŞ hökuməti rəsmisi bildirib ki, quyunun tam basdırılması işinə bir qədər sonra başlanılacaq. Çünki buna hazırlıq işləri hələ davam edir.

AVQUSTDA QUYU LƏĞV OLUNUR

Sahil mühafizə xidmətinin istefada olan admiralı Ted Alen deyib ki, boru kəmərinin calamaq işi qalıb. Bundan sonra bu həftə ərzində bu iş görüləcək. Avqustun ilk həftəsindən quyunun tam ləğvi əməliyyatı başlanacaq. Quyunun ağzına yerləşdirilmiş müvəqqəti qapaq bir həftədən çoxdur ki, neft axıntısının qarşısını alıb.

Toni Heyvard 28 il BP-də işləyib. O, 2007-ci ildə şirkətin icraçı direktoru vəzifəsinə təyin olunanda jurnalistlərə bildirmişdi ki, əsas diqqətini təhlükəsizlik və etimad məsələlərinə yönəldəcək. Lakin aprelin 20-də baş verən və 11 işçinin ölümünə və ABŞ tarixində ən böyük neft çirklənməsinə səbəb olan qəza Heyvardın vəzifəsinin öhdəsindən layiqincə gəldiyini şübhə altına aldı.

53 yaşl Heyvard ABŞ əhalisi və siyasətçilərinin böyük tənqidlərinə məruz qaldı. Onu BP-nin prezidenti vəzifəsində əvəz edəcəyi gözlənilən Bob Dadli ötən aydan körfəzin neftdən təmizlənməsi əməliyyatlarına rəhbərlik edir.

AMERİKA LƏHCƏLİ RƏHBƏR...

Çoxları deyirlər ki, sırf piar nöqteyi-nəzərindən Dadlinin bir üstünlüyü var ki, o amerikalıdır, Amerika ləhcəsində danışır. Bob Dadli Missisipidə boya-başa çatıb. BP-nin məlumatlarına görə, körfəz regionu ilə sıx bağlı olan bir şəxsdir. O, BP-yə 1999-cu ildə BP-nin AMOKO ilə birləşməsindən sonra gəlib. Ötən ildən rəhbər heyətə yüksəlib.

Tərcümə etdi: Kəbiran Dilavərli
Mənbə: BBC
XS
SM
MD
LG