Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:17

Gürcüstanda azərbaycanlı Avropa çempionu göldə boğuldu


Rusiyanını İTAR-TASS agentliyi xəbər verir ki, yeniyetmələr arasında sambo üzrə Avropa çempionu, 16 yaşlı azərbaycanlı Mixail Orucov Gürcüstanda göldə çimərkən boğulub.

O, Dmanisi bölgəsində ənənəvi olaraq keçirilən “Gürcü və Azərbaycan Xalqlarının Dostluq Günləri”ndə iştirak edirdi.

Bu barədə Azərbaycan nümayəndə heyəti iyulun 26-da bildirib.

Tədbirin rəsmi hissəsindən sonra Orucov dostları ilə birgə göldə üzməyə yollanıb. O gölün o biri sahilinə üzərək qayıtmağa cəhd edib, amma bacarmayıb.

“Orucovun ölümü təkcə onun yaxınları üçün yox, həm də bütün Azərbaycan üçün itkidir. O böyük gələcəyi olan istedadlı idmançı idi" – deyə Azərbaycan nümayəndə heyəti bildirib.
XS
SM
MD
LG