Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:11

Ankarada İran, Braziliya və Türkiyə rəsmilərinin görüşü olub


İyulun 24-də İstanbulda Braziliya,İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub.

Görüşdə İranın nüvə proqramı ilə bağlı bu ilin mayında tərəflər arasında əldə olunmuş razılaşmanın detalları müzakirə olunub.

Söhbət İranda olan az zənginləşdirilmiş uranın Türkiyəyə verilməsi, orda isə Rusiya və Fransadan gətirilən nüvə yanacağına dəyişdirilməsindən gedir.

Məlumatlara görə İran bazar ertəsi Beynəlxalq Atom Enerjisi agentliyinə bu razılaşmanın detalları barədə məktub göndərəcək.

Amma aparıcı dünya ölkələri razılaşmanı soyuq qarşılayırlar.

XS
SM
MD
LG