Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

Vaşinqton Pxenyanı fitnəkar bəyanatlardan əl çəkməyə çağırıb


Birləşmiş Ştatlar Şimali Koreyanı fitnəkar bəyanatlardan əl çəkməyə və beynəlxalq ictimaiyyətlə dialoqa çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Flip Krouli şənbə günü Vaşinqtonun Pxenyanla soz müharibəsində maraqlı olmadığını deyib.

Şimali Koreya bundan əvvəl bəyan eləmişdi ki, Pxenyan Vaşinqtonla Seulun dənizdə planlaşdırdıqları birgə təlimin qarşısını almaq üçün özünün nüvə potensialına əl ata bilər.

Təlim məşqləri iyulun 25-28-i arası keçirilməlidir.

Hərbi təlimdə məqsəd Birləşmiş Ştatlarla Cənubi Koreyanın müttəfiq olduqlarını nümayiş etdirməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG