Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:01

Pilotsuz təyyarə azı 16 adamı öldürüb


ABŞ-ın pilotsuz təyyarəsinin Pakistanın Cənubi Vəziristan əyalətini bombalaması nəticəsində 16 adam ölüb.

Bu əyalət Əfqanıstan sərhəddinin yaxınlığında yerləşir.

Associated Press agentliyi Pakistanın xüsusi xidmətinə istinadla ölənlərdən bir neçəsinin hərbçilər olduğunu xəbər verir.

Amerikanın pilotsuz təyyarələri müntəzəm olaraq bu bölgədə yaraqlıların mövqelərini bombalayırlar.

Həmçinin Pakistanın hökumət qoşunları bu bölgədə yaraqlılara qarşı bir neçə dəfə əmliyyat aparıb.

XS
SM
MD
LG