Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40

Gəncədə saxta alkoqollu içkilər aşkar edilib


Gəncənin dükanlarında xeyli saxta alkoqollu içki aşkar edilib.

Bu içkilər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yerli idarəsinin şəhərdə keçirdiyi reyd zamanı aşkarlanıb.

APA-nın idarəyə istinadla verdiyi məlumata görə, yoxlamalar zamanı dükanlarda xeyli sayda yerli və xarici ölkələrin istehsalı olan saxta araqlar aşkar edilib.

Onların əksəriyyətinin sertifikatsız olduğu üzə çıxıb.

Bu məhsulları paylayan sahibkarların kimliyi isə məlum olmayıb.

Analiz zamanı bu içkilərdə insan orqanizmi üçün zərərli olan toksikoloji maddələr aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG