Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:10

Pxenyan Vaşintonla Seulu hədələyib


Şimali Koreya birgə hərbi təlimlərə görə yenidən Birləşmiş Ştatlarla Cənubi Koreyanı hədələyib.

Birləşmiş Ştatlarla Cənubi Koreya iyulun 25-28 arası dənizdə birgə hərbi təlim keçirməyi planlaşdırırlar.

Şimali Koreya Milli Müdafiə Komitəsinin yaydığı bəyanatda deyilir ki, Pxenyan bu təlimin qarşısını almaq üçün özünün nüvə potensialına əl atacaq.

Pxenyan Vaşinqtonla Seulu təxribatçılıqda ittiham edir.

Hərbi təlimdə məqsəd Birləşmiş Ştatlarla Cənubi Koreyanın müttəfiq olduqlarını nümayiş etdirməkdir.
Bu ilin martında dənizdə Cənubi Koreya gəmisinin batması 46 adamın ölüçüylə nəticələndi.

Beynəlxalq istintaqın nəticəsinə görə gəmi şimaldan buraxılmış torpedo ilə vurulub.
Pxenyan ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG