Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:06

Gəncədə maskalı adamlar yaxalanıb


Gəncədə iş adamını ölümlə hədələyən qrup yaxalanıb.

APA agentliyi Gəncə şəhər Polis İdarəsinə istinadla xəbər verir ki, bir qrup adam iş adamı, “Atlant-R” firmasının müdiri Zakir Məmmədovu ölümlə hədələyərək ondan külli miqdarda pul tələb ediblər.

Zakir Məmmədov bu barədə polisə məlumat verdikdən sonra, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kamil Əliyev, Qəşəm Xanquliyev və Rauf İmamquliyev yaxalanıb.

Qəşəm Xanquliyevdən və Rauf İmamquliyevə məxsus “Toyota-Prado” markalı maşından narkotik vasitə, 3 ədəd maska, 2 cüt əlcək və 1 bağlama yapışdırıcı aşkar edilərək götürülüb.

XS
SM
MD
LG