Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:25

«Məqsəd Eynulla Fətullayevi susdurmaqdır»


«Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarına baxmayaraq, Eynulla Fətullayevin susması üçün onu yeni ittihamlarla dəmir barmaqlılar arxasında saxlamağa çalışır».

«Amnesty International» təşkilatının Avropa və Mərkəzi Asiya proqramının direktor müavini Andrea Huber belə deyib.

Təşkilat iyulun 23-də Eynulla Fətullayevlə bağlı növbəti bəyanatını yayıb və yenidən Azərbaycan hökumətini jurnalisti dərhal azad etməyə çağırıb.

«Amnesty International» qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Fətullayevin dərhal azad edilməsi barədə qərar çıxarsa da, ölkə rəhbərliyi son anda bu qərardan Yuxarı Palataya şikayət verib.

Avropa Məhkəməsinin qərarı iyulun 22-nə kimi yerinə yetirilməli olsa da, üç ay ərzində ona qarşı yeni ittiham qaldırılıb, narkotik saxlama ittihamı ilə daha 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Təşkilat inanır ki, bu ittihamlar saxtadır və məqsəd Avropa Məhkəməsinin qərarından asılı olmayaraq onu həbsdə saxlamaqdır.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.

2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0.22 qram heroin aşkarlanıb. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir.

Eynulla Fətullayev iyulun 6-da bu ittihamla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG