Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:33

Stenli Makkristal hərbi xidmətdən getdi


Amerikalı general-Əfqanıstandakı koalisiya qüvvələrinin keçmiş baş komandanı Stenli Makkristal hərbi xidmətdən gedib.

Bu münasibətlə Vaşinqtondakı Fort Makneyr kollecində vida mərasimi keçirilib.

Mərasimdə Birləşmiş Ştatların müdafiə naziri Robert Geytslə Əfqanıstanın bu ölkədəki səfiri Tayib Cavad da iştirak ediblər.

Makkristal mərasimdə çıxış edərkən hələ Əfqanıstanda yerinə yetirilməmiş bir sıra öhtəliklər qaldğını deyib.

Əfqanıstandakı koalisiya qüvvələrinin baş komandanı General Makkristal bir sira dövlət rəsmilərini yerli mətbuatda tənqid etdikdən sonra, prezident Barak
Obamanın fərmanıyla vəzifəsindən kənarlaşdırıldı.

Onun yerinə bu vəzifəyə Devid Petreus təyin edildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG