Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:18

Maskalılar ekoloqları pərən-pərən saldı


Ekoloqların aksiayını milis dağıdır
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid

Moskva ətrafındakı Ximki meşəsini müdafiə edənlərin etiraz aksiyası milis tərəfindən dağıdılıb. Həbs olunanlar arasında ekoloqlarla yanaşı AzadliqRadiosunun fotoqrafı Yriq Timofeyev də olub.

Moskvanın şimalındakı Ximki meşəsi uzun müddət idi ki, milislə ekoloqlar arasında qarşıdurma meydanına çevrilmişdi.

Hökumət meşəni qırıb Moskva ilə Sankt-Peterburq arasında yol çəkmək istəyir.

Layihənin dəyəri 8 milyard dollardır. Ekoloqlar isə layihəni dayandırmağa çalışırdılar və iyulun 23-ə qədər tikinti işlərini ləngidə bilmişdilər.

Amma iyulun 23-də maskalı şəxslər ekoloqların və ictimai fəalların qaldığı çadırlara hücum çəkib.

Hadisə yerinə gələn milis isə... etirazçıları həbs edib. Onlarla yanaşı iki jurnalist, o cümlədən Azadlıq Radiosunun rus xidmətinin əməkdaşı da tutulub.

Keçən həftə ekoloqlar qədim palıd meşəsinin ətrafında sutkaboyu keşik çəkməyə başlamışdılar.

MASKALILARIN KİMLİYİ BİLİNMİR

İyulun 23-də səhər 5-də 100-ə qədər maskalı şəxs ekoloqların çadırları qarşısında peyda olub və onları öldürməklə hədələyiblər.

Ağ mayka geymiş həmin şəxslər ekoloqların bayraqlarını qoparıb yerə atıb, çadırları dağıdıblar.

Eyni vaxtda fəhlələr çadırlara yaxın ağacları kəsməyə başlayıblar.

Bunun qarşısını almağa çalışan fəallar fiziki təzyiqlərə məruz qalıblar, xəsarət alıblar. Bir qadın isə, məlumatlara görə, möhkəm döyülüb.

Fəallar cəld milisə zəng ediblər. Ximki meşəsinin qırılmasına qarşı kampaniyaya başçılıq edən Yevgeniya Çirikova deyib ki, milis... 1 saata gəlib çıxıb.

Hadisə yerinə gələn milis 20-dən artıq etirazçını saxlayıb, o cümlədən Çirikovanı.

Azadlıq Radiosunun operatoru Yuri Timofeyev və “Novaya qazeta”nın müxbiri Yelena Kostyuçenko da saxlanıb.

JURNALİSTİN HALI XARABLAŞIB

Timofeyev deyir ki, onları milis bölməsinə aparmamışdan qabaq bir saat maşında saxlayıblar. Nəfəs kəsən istidə maşının pəncərəsini də açmağa icazə verməyiblər.

Bir qədər sonra “Novaya qazeta”nın müxbiri üçün təcili yardım maşını gəlib - milis bölməsində halı pisləşdiyi üçün.

Həkimlər onun həbs zamanı boynundan xəsarət aldığı diaqnozunu qoyublar.

Yevgeniya Çirikova
Ekoloq və jurnalistləri məhkəməyə aparıblar, onları milisə müqavimət və yol hərəkətini pozmaqda günahlandırırlar.

Daxili İşlər Nazirliyi isə məlumat yayıb ki, onlar maskalı şəxslərin ekoloqlara hücumu iddiasını təsdiqləyən hər hansı sübut tapmayıblar.

Hökumət deyir ki, yeni yol iki şəhər arasında nəqliyyatın hərəkətini yaxşılaşdıracaq, tıxacları aradan qaldıracaq, ekoloqlar isə bildirir ki, Moskvada onsuz da yaşıllıqlar azalır, paytaxtın havası çox zəhərlənib, Ximki meşəsinin qırılması Moskvanın ekologiyasına daha bir zərbə olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG